9 ölkənin donanması HƏRƏKƏTƏ KEÇDİ - Qara dənizdə...

20-07-2020, 10:25           
9 ölkənin donanması HƏRƏKƏTƏ KEÇDİ - Qara dənizdə...
ABŞ Hərbi Dəniz Donanmasına aid “USS Porter” döyüş gəmisi NATO-nun “Sea Breeze 2020” təlimlərində iştirak üçün Qara dəniz sularına daxil olub.

Publika.az xəbər verir ki, donanmanın 6-cı bölüyündən verilən məlumata görə, gerçəkləşdiriləcək təlimin məqsədi dənizdə regional sabitliyi gücləndirməkdir.

Qeyd edək ki, “Sea Breeze 2020” təlimlərinə ABŞ, Bolqarıstan, Gürcüstan, Fransa, Norveç, Rumıniya, İspaniya, Türkiyə və Ukraynadan 2 min nəfərlik hərbi heyət, 27 gəmi və 19 təyyarə qatılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru