ABŞ Çinin 11 şirkətinə iqtisadi sanksiya tətbiq edib

21-07-2020, 00:01           
ABŞ Çinin 11 şirkətinə iqtisadi sanksiya tətbiq edib
ABŞ Çinin Sincan bölgəsində insan hüquqlarının pozulduğu iddiası ilə bu ölkənin 11 şirkətinə qarşı iqtisadi sanksiya tətbiq edib.

APA-nın Sputnik-ə istinadən verdiyi xəbərə görə, sanksiya iyulun 22-də Federal Reyestrdə təsdiq ediləcək.

Sənəddə qeyd edilib ki, sözügedən 11 Çin şirkəti Birləşmiş Ştatların xarici siyasət maraqlarına zidd fəaliyyət göstərib.

Eyni zamanda vurğulanıb ki, həmin şirkətlər uyğurlara, qazaxlara və digər müsəlman azlıqlara qarşı repressiya kampaniyası, kütləvi özbaşınalıq, məcburi əmək və yüksək texnoloji nəzarət həyata keçirərək insan hüquqlarının pozulmasına və sui-istifadə hallarına yol verib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.