İlon Mask ilk beşliyə daxil olub

21-07-2020, 10:15           
İlon Mask ilk beşliyə daxil olub
İxtiraçı və sahibkar İlon Mask ilk dəfə olaraq planetin ən varlı insanları siyahısında ilk beşliyə daxil olub.

Trend-in "REN TV"yə istinadən verdiyi məlumata görə, bu barədə "Forbes" reytinqinin real vaxt rejimində yenilənən məlumatında deyilir.

Bildirilir ki, "SpaceX" şirkətinin banisinin sərvəti 74,2 milyard dolları ötüb və o, planetin ən varlı insanları siyahısında beşinci yerə yüksəlib.

Qeyd edək ki, siyahıda ilk pillədə "Amazon"un rəhbəri Ceff Bezos (189 milyard dollar), ikinci pillədə "Louis Vuitton Moet Hennessy" şirkətlər qrupunun prezidenti Bernar Arno ailəsi ilə birlikdə (113,8 milyard dollar), üçüncü pillədə "Microsoft" şirkətinin banisi Bill Qeyts (113,4 milyard dollar) və dördüncü pillədə "Facebook"un banisi Mark Zukerberq (90,3 milyard dollar) qərarlaşıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru