“Rusiya və digər ölkələr seçkilərə müdaxilə edərsə, qarşılığını ödəyər” - Baydendən XƏBƏRDARLIQ

21-07-2020, 13:03           
“Rusiya və digər ölkələr seçkilərə müdaxilə edərsə, qarşılığını ödəyər” - Baydendən XƏBƏRDARLIQ
ABŞ-da prezidentliyə namizəd Demokrat Co Bayden, xarici ölkələrin seçkilərə müdaxilə etməsinin yol verilməz olduğunu bildirib.
Yeniavaz.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu müraciəti, keçmiş vitse-prezident Bayden yazılı açıqlamasında qeyd edib.
O, bu cür kənar müdaxilələri Amerikanın seçkilərinə düşmən mövqe kimi qiymətləndirəcəyini vurğulayıb. Bayden həmçinin bildirib ki, onun nə Rusiya, nə də digər ölkələrə qarşı təzyiqi qaldırmaq kimi niyyəti yoxdur. Əksinə o, bütün enerjisini beynəlxalq birliyi bir araya gətirmək, COVID-19, iqtisadi və digər narahatlıq verən qlobal problemlərin həllinə sərf etmək istədiyini açıqlayıb.
Qeyd edək ki, ABŞ-da sayca 46-cı dəfə keçiriləcək prezident seçkiləri 2020-ci il 3 noyabr tarixində keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru