Kadırov ona sanksiya tətbiq edən ABŞ-ın qarşısına pulemyotlarıyla çıxdı (FOTO)

21-07-2020, 13:42           
Kadırov ona sanksiya tətbiq edən ABŞ-ın qarşısına pulemyotlarıyla çıxdı (FOTO)
ABŞ Dövlət Departamenti Çeçenistanın başçısı Ramzan Kadırova qarşı insan hüquqlarının çoxsaylı kobud şəkildə pozulmasına görə sanksiya tətbiq edib.

Qaynarinfo BBC News-a istinadən məlumat verir ki, ABŞ Dövlət Katibi Mayk Pompeo açıqlamasında Kadırovun insan hüquqlarının çoxsaylı kobud pozuntularına, o cümlədən işgəncə və məhkəmədənkənar qətllərə görə məsuliyyət daşıdığına dair kifayət qədər etibarlı məlumatlara sahib olduğunu bildirib.

Sanksiyalar həyat yoldaşı Medni Kadırova, qızları Ayşad və Xədicət Kadırovaya da tətbiq edilib. Onların hamısının ABŞ-a girməsi qadağandır, çünki Dövlət Departamentində insan hüquqlarının pozulması ilə əlaqəli əhəmiyyətli bir miqdarda birbaşa və ya dolayı yolla korrupsiyada iştirak etdikləri barədə etibarlı məlumatlar var.

Bundan əvvəl ABŞ Kadırova qarşı iqtisadi sanksiyalar tətbiq etmişdi.

Bundan əlavə, Dövlət Departamenti Çeçenistan rəhbərini respublikada koronavirusla bağlı vəziyyəti işıqlandıran jurnalistləri hədələməkdə də ittiham edib.

Ramzan Kadırov bu açıqlamadan sonra Telegram kanalında silah otağında əlində iki pulemyot olan şəklini yayımlayıb. "Pompeo, döyüşü qəbul edirik! Bundan sonra daha maraqlı olacaq!" – Kadırov yazıb.

"Əlbəttə güzgü effektli cavab vermək çətindir, amma yenə bir şey fikirləşərik", - Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Feysbukda yazıb.

"ABŞ Dövlət Departamentinin açıqlamasına səbəb Kadırovun çoxdankı hərəkətləridir”, - Dövlət Departamentinin Demokratiya, İnsan Haqları və Əmək Bürosu baş katibinin köməkçisinin müavini vəzifəsini icra edən Skott Bazbi BBC-yə bildirib.

Artıq Kadırovun qohumları da ABŞ-a gedə bilməyənlərin siyahısına daxil edilib. "Üçüncü ölkələr bu barədə heç bir iş görmək məcburiyyətində deyillər, lakin "tərəfdaşlarla dialoq aparılır", - Bazbi deyib.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.