Koreya hərbi peykə sahib 10-cu ölkə oldu 21-07-2020, 20:06 Cənubi Koreya “Speys X” şirkəti ilə birgə ilk hərbi rabitə peykini kosmosa göndərib.Axar.az xəbər verir ki, bu barədə Cənubi Koreya Müdafiə Nazirliyi məlumat yayıb.Məlumata görə, peyk kosmosa Florida ştatındakı Kanaveral burnundan buraxılıb və 32 dəqiqədən sonra hədəfə çatıb.Bununla da Cənubi Koreya dünyada hərbi rabitə peykinə sahib 10-cu ölkə olub. Facebook-da paylaş