"Ukrayna ordusu Rusiyaya müharibəsiz və tanklarsız məğlub olacaq" - Kiyevi qorxuya salan AÇIQLAMA

22-07-2020, 17:32           
"Ukrayna ordusu Rusiyaya müharibəsiz və tanklarsız məğlub olacaq" - Kiyevi qorxuya salan AÇIQLAMA
"Ukrayna ordusu Rusiyaya müharibəsiz və tanklarsız məğlub olacaq"
Rusiya Ukraynaya qarşı müharibəyə başlamayacaq, çünki Kiyevə hərbdən savayı digər təzyiq imkanları var.

KONKRET.az xəbər verir ki, bunu Ukrlife TV-nin efirində politoloq Mixail Poqrebinski bəyan edib.

O xatırladıb ki, Rusiya Ukraynaya antrasit tədarükünü dayandıra və ya qazı kəsə bilər.

“Müharibə olmayacaq. Ancaq Ukraynaya hərbdən savayı da təzyiq vasitələri var. Bu vasitələr Ukrayna iqtisadiyyatını ən çətin problemlərə apara bilər. Moskvanın Kiyevə qarşı davranışı təhlükəli ola bilərmi? Demək istəyirəm ki, ola bilər. Yalnız müharibə olmayacaq, tanklarla deyil, başqa şeylə olacaq” deyib.

Eyni zamanda, Poqrebinski Ukrayna Silahlı Qüvvələrinin Krıma və ya Donbassa hücumu vəziyyətində Ukrayna ilə Rusiya arasında hərbi qarşıdurmanın hələ də mümkün olduğunu vurğulayıb.

“Sonra Ukrayna ordusu məğlub olacaq. Heç kim ona kömək edə bilməz – nə NATO, nə də ABŞ. Buna görə də Ukrayna ordusu hücuma keçməyəcək, generallar bunu başa düşürlər” deyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.