Rəsmi Tbilisidən ölkə üzərindən Ermənistana silah göndərilməsi iddialarına daha bir şərh: "Bu, riskdir"

24-07-2020, 13:35           
Rəsmi Tbilisidən ölkə üzərindən Ermənistana silah göndərilməsi iddialarına daha bir şərh: "Bu, riskdir"
"Gürcüstan və Azərbaycan arasında heç bir anlaşılmazlıq və bizim strateji tərəfdaşlığımıza təhlükə yoxdur”.

Bunu Gürcüstanın baş naziri Giorgi Qaxaria deyib.

Ermənistana silah-sursatın Gürcüstan ərazisi ilə çatdırılmasına dair məlumatları şərh edən hökumət başçısı bildirib ki, bu informasiyalarda qeyri-dəqiqlik var: “Gürcüstanın siyasi problemi olmayacaq, çünki biz öhdəliklərimizi beynəlxalq hüquqa müvafiq olaraq yerinə yetiririk. İlk növbədə, KİV-in yaydığı informasiya qeyri-dəqiqdir. Bu informasiya iki ölkə arasında müzakirə mövzusu olacağı təqdirdə maraqlı ola bilər”.

G.Qaxaria bildirib ki, Gürcüstan-Azərbaycan arasında strateji tərəfdaşlığa heç bir təhdid yoxdur: “Yüksək səviyyədə olan münasibətləri təhdid etmək mümkün deyil”.

Onun sözlərinə görə, hər hansı bir onlayn nəşrin yaydığı informasiya ilə bağlı sualın verilməsi iki ölkə arasındakı münasibətlərin konteksinə uyğun deyil: “Bu, bir riskdir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru