“Airbnb” turistlərə işğal altındakı Azərbaycan torpaqlarında evlər təklif edir - FOTO

24-07-2020, 17:53           
“Airbnb” turistlərə işğal altındakı Azərbaycan torpaqlarında evlər təklif edir - FOTO
Bütün dünyada məşhur “Airbnb” sisteminə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsi də daxil edilib.

Bu barədə amerikalı hərbi ekspert Lyuk Koffi “Twitter” hesabında yazıb.

“Airbnb” Dağlıq Qarabağda icarəyə imkan yaradır. Bura Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpağıdır. Bölgənin köklü əhalisinin çox hissəsi silah gücünə öz evlərindən zorla çıxarılıb.

Evində qalmağa icazə verən şəxsin buranın qanuni sahibi olduğuna zəmanət verirsiniz? Mülkiyyət hüququ necə olsun?”, - deyə Lyuk Koffi bildirib.

Qeyd edək ki, “Airbnb” ( “Air Bed and Breakfast”) hazırda dünyanın 190 ölkəsi və 34 mindən çox şəhərində fəaliyyət göstərir. Bu qonaqlama sistemi vasitəsilə səyahət etdiyiniz şəhərdə büdcənizə uyğun gələn ev tapıb orada qala bilərsiniz.

Wow! @Airbnb allows lettings in Nagorno-Karabakh. This is Azerbaijani territory occupied by Armenia. Many of original inhabitants were forcibly removed from their homes at gunpoint. Can you guarantee the person letting out a place is the lawful owner? What about property rights? pic.twitter.com/lUcN4QIlEO

— Luke Coffey (@LukeDCoffey) July 23, 2020















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.