“Ermənilərə problem olan çox təhlükəli proses başlayıb” Anjela Elibeqova

25-07-2020, 00:00           
“Ermənilərə problem olan çox təhlükəli proses başlayıb” Anjela Elibeqova
Azərbaycanlıların və ermənilərin üçüncü ölkə ərazisindəki qarşılıqlı toqquşmaları nəzarətdən çıxa bilər. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, bu sözləri Azərbaycan məsələləri üzrə ekspert Anjela Elibeqova öz Facebook səhifəsində yazıb.

Elibeqova öz həyəcanını və qorxu hissini gizlədə bilməyib. “Əslində ermənilər üçün çox təhlükəli bir proses başlayıb. Üçüncü ölkələrin ərazisində ermənilərin və azərbaycanlıların qarşılıqlı toqquşmaları nəzarətsiz hala gələ bilər. Bu həm fiziki təhlükəsizlik, həm də üçüncü ölkələrlə münasibətlər və ermənilərin hərəkətlərinə görə məsuliyyət baxımından böyük problem deməkdir”, deyə ekspert Anjela Elibeqova etiraf edib.

Xatırladaq ki, son bir həftə ərzində Azərbaycanın bir sıra ölkələrdəki diplomatik nümayəndəliklərinə və aksiya keçirən dinc azərbaycanlılara qarşı radikal ermənilər tərəfindən təxribatlar törədilir. Törədilən təxribatlar özündə vandalizm və terror elementlərini ehtiva edir ki, bu da heç şübhəsiz ki, cinayət məsuliyyəti doğuran əməllərdir.
Onu da qeyd edək ki, xaricdə yaşayan azərbaycanlıların erməniləri döyməsi halları bir sıra ölkələrdə ermənilərin azərbaycanlılara qarşı qəddar davranışı, həmyerlilərimizə ciddi fiziki güc tətbiq olunması, səfirliklərimizə qarşı vandallıq aktlarının törədildilməsi ilə bağlıdır və həmyerlilərimizin ümumilikdə bütün bu erməni vəhşiliklərinə cavab reaksiyasıdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.