ABŞ-dan Rusiyaya qəribə təklif

25-07-2020, 00:02           
ABŞ-dan Rusiyaya qəribə təklif
“Reuters”-in məlumatına görə ABŞ Rusiyanı Çin ilə qarşıdurmaya cəlb etmək istəyir.Bu məqsədlə ÇXR-ə qarşı "demokratiya ittifaqı" yaratmağı zəruri sayır. ABŞ dövlət katibi Mayk Pompeo Çinə qarşı çıxmaq üçün Rusiyanın da cəlb oluna biləcəyi bir ittifaq yaradılmasının lazım olduğunu söyləlyib. İyulun 24-də verdiyi bəyanat zamanı siyasətçi qeyd edib ki, ÇXR SSRİ ilə eyni səhvlərə yol verir, mülkiyyət hüquqlarına və qanunun aliliyinə hörmət etmir.”...Düşünürəm ki, Rusiyanı bu qarşıdurmaya cəlb etmək üçün bir fürsət var. Fürsət Çin və RF arasındakı təbii əlaqədən qaynaqlanır. Çin tərəfinin demokratiya ittifaqına qarşı çıxması lazımdır. Sərbəst dünya kommunist Çini dəyişməzsə, kommunist Çin bu dünyanı dəyişəcək "-deyən Mike Pompeo ABŞ-ın Rusiya tərəfdən dəstək ala biləcəyinə ümid etdiyini bildirib. Xatırladaq ki, dünən Rusiya Prezidenti Vladimir Putin Rusiya-Çin münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edib. Lider iki ölkə arasındakı münasibətləri müasir dünya üçün fəaliyyət nümunəsi hesab edir.Polemik.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru