“Bayden sosialist iqtisadiyyatı istəyir” - ABŞ-ın maliyyə naziri

25-07-2020, 09:43           
“Bayden sosialist iqtisadiyyatı istəyir” - ABŞ-ın maliyyə naziri
Amerika Birləşmiş Ştatları (ABŞ) prezidentliyinə Demokrat partiyasından başlıca namizəd, keçmiş vitse-prezident Cozef Bayden sosializm qurmağa can atır.

Belə bəyanatı iyulun 23-də ABŞ maliyyə naziri Stven Mnuçin Donald Trampın rəqibinin iqisadi təşəbbüslərini «CNBC» teleşirkətinə şərh edərkən səsləndirb.

«Prezident Trampın iqtisadi proqramı ilə Cozef Baydenin proqramı arasında çox ciddi fərqlər var… Hesab edirəm ki, siz, çox dərin fərqləri görəcəksiniz. Biz, iqtsadiyyatın bərpasına çalışırıq, istəyirik ki, bu, ədalətli olsun. Ancaq bizim sosializmdən xoşumuz gəlmir və hökumət 10 trilyon dolların hamısını paylamağı və sosialist iqtisadiyyatı yaratmağı özünə rəva görə bilməz» - deyə, Mnuçin qeyd edib.

Xəbər verildiyi kimi, Cozef Bayden özünün iqtisadi proqramının əsas müddəalarını aıqlayıb. Proqram iqtisadiyyatın stimullaşdırılması üçün əlavə federal xərcləri, yeni iş yerlərinin yaradılmasını və vergi güzəştlərinin göstərilməsini - 10 il ərzində 775 milyard dollar həcmində xərcləri nəzərdə tutur.

Tramp isə öz gələcək rəqibini «yuxulu Co» adlandıraraq, onun ahıl vaxtında qoca kəmağıllığına işarə vurur.

AzPolitika.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.