ABŞ Rusyanın Liviyada gizli texnikasını aşkarladı

25-07-2020, 15:35           
ABŞ Rusyanın Liviyada gizli texnikasını aşkarladı
Rusiya hərbi əməliyyatlar aparmaq və bölgədəi vəziyyəti gərginləşdirmək məqsədilə “Vaqner” xüsusi təyinatlı muzdlular şəklində Liviyaya gizli hərbi texnika və avadanlıqlar ötürməkdə davam edir.

Cebhe. info-nun məlumatına görə, Pentaqonun mətbuat xidmətinin ABŞ-ın Afrikadakı komandanlığına (AFRİKOM) istinadən yaydığı xəbərdə belə deyilir.

"Rusiya “Vaqner” qrupuna silah verməklə Liviyada dağıdıcı rol oynamağa davam edir", - deyə AFRİKOM-un əməliyyatlar komandanı, dəniz piyadaları generalı Bredford Herinq qeyd edib.

Afrikadakı Amerika komandanlığı Rusiyaya məxsus “Su-24”, “İl-76” hərbi təyyarələrini, “Pantsir” hava hücumundan müdafiə sistemlərini, “Tiqr” ağır zirehli maşınlarını, digər zirehli texsnikanı və “Vaqner” qrupuna aid şəxsi heyəti göstərən havadan çəkilmiş fotoşəkilləri sübut kimi təqdim edib.

General Hering vurğulayıb ki, bu görüntülər Liviyada yaranmış vəziyyətdə Rusiyanın genişmiqyaslı iştirakını əks etdirir.

Komandan bildirib ki, mövcud texnikanın növü və həcmi humanitar yardımlar deyil, hücum hərəkətləri etmək kimi pis niyyətləri nümayiş etdirir.

ABŞ-ın Müdafiə Nazirliyi bəyan edib ki, Rusiya Federasiyasının Liviyadakı qarşıdurmada ön cəbhəni hərbi texnika və yaraqlılarla fəal şəkildə təchiz etməklə 1970-ci il BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozur.

Müşfiq Abdulla
Cebhe. info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru