ABŞ-da Çin casusu həbs olundu 26-07-2020, 09:23 ABŞ-da siyasi məsləhətçi işləyən Yan Vey Yeo Çin casusu olduğunu etiraf edib.Axar.az xəbər verir ki, 39 yaşlı Sinqapur vətəndaşı Vaşiqntonda keçirilən federal məhkəmədə bu ittihamı qəbul edib.Məlumata görə, Dikson Yeo adı ilə tanınan Yan Vey Yeo 2015-2019-cu illərdə bu işlə məşğul olub.Bu dövrdə Yan Vey Yeo ABŞ-da hərbi-siyasi məlumatları toplayaraq Çinə ötürüb.Qeyd edək ki, Sinqapur vətəndaşı törətdiyi əmələ görə 10 il həbs cəzası ala bilər. Facebook-da paylaş