Qonşuda DƏHŞƏTLİ VƏZİYYƏT: bütün ölkə “qırmızı bölgə”dir, belə gedərsə...

27-07-2020, 11:25           
Qonşuda DƏHŞƏTLİ VƏZİYYƏT: bütün ölkə “qırmızı bölgə”dir, belə gedərsə...
“İran COVID-19-da heç yaxşı vəziyyətdə deyil. Xəstəxanada müalicə edilənlərin sayı azalmadığı müddətcə gündəlik ölümlər 200-dən aşağı enməyəcək”.

Publika.az xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyinin mətbuat katibi İrəç Hərirçi deyib.

Ölkənin şərqindəki Rəzəvi Xorasanında yoluxmaların 300% artdığını bildirən sözçü ölkənin, demək olar ki, bütövlüklə “qırmızı bölgə” vəziyyətində olduğunu etiraf edib.

Qeyd edək ki, İranda bu günədək 291 min 172 nəfər virusa yoluxub, 15 min 700 nəfər ölüb. 3 min 695 xəstənin vəziyyəti kritikdir.

Hazırda ölkənin Mazandaran, Fars, Şərqi və Qərbi Azərbaycan, Rəzəvi Xorasanı, Elburs, Xuzistan, Loristan, Gülüstan, Kirman, Zəncan və İlam bölgələri “qırmızı bölgə” elan olunub. Tehran, İsfahan, Buşəhr, Hörmüzqan, Kəzvin, Mərkəzi və Şimali Xorasan, Həmədan, Cənubi Xorasan, Simnan, Sistan-Bəlucistan, Ərdəbil və Koqiluyə-Buyer Əhməd “riskli bölgə” kimi dəyərləndirilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.