Pentaqon UNO-lar barədə informasiyaları açıqlamaq niyyətindədir - Yarım ilə ərzində

28-07-2020, 05:51           
Pentaqon UNO-lar barədə informasiyaları açıqlamaq niyyətindədir -
Pentaqonun nəzdində uçan naməlum obyektlərin (UNO) öyrənilməsi üzrə xüsusi qrup toplanmış məlumatları yaxın yarım il ərzində açıqlamağı planlayır.

Tədqiqatçılar UNO-nun müşahidəsi üzrə məlumatları və hesabatları «standartlaşdırmağı» və kəşfiyyatın icazəsindən sonra öz nəticələri barədə ictimaiyyəti məlumatlandırmağı vəd edirlər.

«The New York Times» qəzeti ABŞ Senatı kəşfiyyat komitəsinin hesabatına istinadla qeyd edir ki, qrup 2017-ci ildən işləyir. Buna qədər ABŞ-da «Aerokosmik sahəyə təhdidlərin identifikasiyası üçün genişləndirilmiş proqram» həyata keçirilib. Proqram rəsmi olaraq, 2012-ci ildə başa çatıb, amma UNO tədqiqatı davam etdirilib.

Bundan əvvəl xəbər verilmişdi ki, naməlum «təzahürlər»in 3 videoyazısı artıq ABŞ Müdafiə Nazirliyi tərəfindən dərc olunub. İdarənin saytında xəbər verildiyi kimi, onlardan ikisi 2015-ci ildə yazlılıb, biri isə 2004-cü ilin məhsuludur.

Göründüyü kimi, Covid-19 virusunun mənşəyi barədə onun Yerdən kənar «məhsul» olması istiqamətində bəzi mütəxəssislərin irəli sürdüyü versiya heç də məntiqi əsasdan məhrum deyilmiş.

AzPolitika.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.