NASA: Yer kürəsinə asteroid yaxınlaşır

28-07-2020, 06:18           
NASA: Yer kürəsinə asteroid yaxınlaşır
ABŞ-ın aeronavtika və kosmik sahənin tədqiqatı üzrə Milli İdarəsi (NASA) 85-190 metrə qədər diametrə malik asteroidin Yer kürəsinə yaxınlaşması haqqında xəbərdarlıq edib.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

İdarənin məlumatına görə, “2009 PQ1” adı almış asteroid avqustun 5-də Yer kürəsinə maksimal məsafədə yaxınlaşacaq. O, planetimizin yanından 3,2 milyon kilometr məsafədə, 13,4 km/s sürətlə keçəcək.

Asteroid 14 avqust 2009-cu ildə kəşf edilib. Astronomlar onu Apollona - orbitləri Yer kürəsinin orbiti ilə kəsişən asteroidlərə aid edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru