ÜST bəzi ölkələrdə pandemiya səbəbilə məhdudiyyətlərin yenidən tətbiq edilməsinə münasibət bildirib

28-07-2020, 08:40           
ÜST bəzi ölkələrdə pandemiya səbəbilə məhdudiyyətlərin yenidən tətbiq edilməsinə münasibət bildirib
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə hallar proqramının icraçı direktoru Maykl Rayan COVID-19 ilə mübarizə sahəsində bəzi yerlərdə yenidən məhdudiyyətlərin tətbiq edilməsinə münasibət bildirib.

REAL xəbər verir ki, ÜST rəsmisi Cenevrədə keçirilən brifinqdə səyahət məhdudiyyətlərinin nə qədər davam edəcəyi ilə bağlı fikir söyləməyin çətin olduğunu qeyd edib.

O, əlavə edib ki, bir dalğanın bitdiyini söyləmək üçün, virus nəzarət altına alınmalı və xəstəlik halları əhəmiyyətli dərəcədə azalmalıdır.

Maykl Rayan koronavirus infeksiyasına qarşı əksepidemik tədbirlər də toxunub. Daha sonra ÜST-ün COVID-19 üzrə məsul şəxsi doktor Maria Van Kerxov da birfinqdə çıxış edərək bildirib ki, beynəlxalq ictimaiyyət birmənalı şəkildə post pandemiya dövründə yeni münasibətlər sisteminin yaranması üçün daha qlobal düşünməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru