ABŞ prezidenti Donald Tramp koronavirusun əlində aciz qalan dünyanı həyəcanlandıran xəbəri bölüşüb. Medicina.az-ın məlumatına görə, prezident virusa qarşı daha bir vaksinin sınaqlarında son mərhələyə keçirildiyini deyib. Şimali Karolinadakı biotexnologiya mərkəzinə səfəri zamanı Tramp COVİD-19-la bağlı aparılan işlər barədə məlumat verib. "İkinci bir COVİD-19 peyvəndinin sınaqlarında bir neçə gün ərzində son mərhələyə keçid ediləcək. Viruslara qarşı peyvəndlərin hazırlanması üçün adətən 1 ilə yaxın zaman tələb edilir. Bunlar ən sürətli hazırlanan vaksinlər ola bilərlər. Amerika çox yaxında vaksini hazırlayıb, bu virusu məhv edəcək".