Sabiq Baş nazirə həbs, cərimə və qamçı cəzası verildi - ŞOK QƏRAR

28-07-2020, 17:39           
Sabiq Baş nazirə həbs, cərimə və qamçı cəzası verildi - ŞOK QƏRAR
Malayziyanın sabiq Baş naziri Nəcib Rəzaq haqqında həbs qərarı qəbul edilib.

Publika.az xəbər verir ki, məhkəmə sabiq Baş nazir haqqında irəli sürülən 42 ittihamdan 7-si üzrə cəza təyin edib. Digər ittihamlar üzrə isə ona bəraət verilib.

Malayziya İctimai İnkişaf Fondunun (1MDB) rüşvət istintaqı çərçivəsində araşdırmaya cəlb olunan Baş nazir dövlətə 210 milyon Malayziya Rinqqiti ödəməli olacaq.

Qeyd edək ki, Nəcib Rəzaq 2014 və 2015-ci illərdə 1MDB-nin beynəlxalq SRC şirkətindən şəxsi bank hesabına 42 milyon rinqqit pul köçürmək, vəzifəsindən sui-istifadə etmək və çirkli pulları yumaqda günahlandırılır. Hakim Mohd Nazlan cinayət çərçivəsində verilməli olan qamçı cəzasının Rəzaqın yaşından ötrü tətbiq edilməyəcəyini qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru