“Rusiyanın Ermənistana tüpürmək və onu silib atmaq üçün mənəvi hüququ var" Marqarita Simonyan

28-07-2020, 17:51           
“Rusiyanın Ermənistana tüpürmək və onu silib atmaq üçün mənəvi hüququ var" Marqarita Simonyan
RT-kanalının baş redaktoru Marqarita Simonyanın Ermənistan-Rusiya münasibətləri ilə bağlı postu erməni dairələrini və Ermənistanı kəskin şəkildə silkələyib. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Pashinyan RBK-TV-yə müsahibəsində deyib.

Xatırladaq ki, iyulun 18-də Marqarita Simonyan özünün Telegram kanalında Ermənistan hakimiyyətinə müraciət yazıb. “Rusiyadan davamlı şəkildə gördüyünüz yaxşılıq və müdafiəyə cavab olaraq Krımı tanımadınız. Çünki bu, Ermənistanın daxili işidir. Yalnız siyasi qisas naminə, Rusiyanın daimi müttəfiqi olan Robert Koçaryanı həbs etdiniz. Ölkənizdəki gənclərə Rusiyada hökuməti necə devirəcəyinizi öyrədən anti-Rusiya QHT-ləri formalaşdırdınız. Siz Qafqazda anti-Rusiya qüvvələri üçün tramplin oldunuz", deyə müraciətdə bildirilir.
Marqarita Simonyan Rusiyanın bundan sonra Ermənistana qarşı nə etsə haqlı olduğunu vurğulayıb.
"Sizin etdiyiniz hər şeydən sonra Rusiyanın sizə tüpürmək və sizi silib atmaq üçün mənəvi hüququ var", deyə kanalın baş redaktoru bəyan edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.