Virus daha çox şəhərlərdə yayılır: kəndlərə qayıtmaq zamanı yetişir

28-07-2020, 19:29           
Virus daha çox şəhərlərdə yayılır:
Dünyada koronavirusa yoluxanların sayı hər həftə 2 milyon nəfər artır. Ölənlərin sayının 1 milyon nəfərə çatmasına da çox qalmayıb.

Bizimyol.info xəbər verir ki, BMT-nin baş katibi Antonio Qutyerres virusa yoluxma sayının çoxluğunda meqapolislərin böyük rolu olduğunu bildirib.

Onun fikrincə, şəhərlərdəki sıxlıq, basırıq koronavirusun inkişafına yalnız təkan verir. Qutyerres şəhərlərdə yaşayanların daha böyük təhlükə ilə üz-üzə qaldığını deyib. Statistikaya görə, virusa yoluxanların 90 faizi şəhərlərdə məskunlaşıb.

Qutyerres məsələyə daha fundamental yanaşılmasını istəyir. Yəni pandemiyaya demoqrafik problemlərin həlli fürsəti kimi baxmaqdan söhbət gedir. Qutyerres düşünür ki, şəhərlərə axına xüsusi diqqət ayrılmalıdır. Portuqalyalı siyasətçi kəndlərə qayıtmağın tərəfdarı olduğunu da gizlətməyib.

BMT-nin baş katibi kəndlərdəki problemləri də dilə gətirib. Onun sözlərinə görə, kəndlərdə yaşayanların 24 faizi çox yoxsul şərtlər altında həyatını davam etdirir. Yetərincə təhsil müəssisələri, xəstəxanalar yoxdur.

Qutyerres kəndlərdə həyatın canlanmasının tərəfdarı olduğunu bildirib. Baş katib kəndlərə qayıtmağın zamanı yetişdiyini fikirləşir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.