Saakaşvili növbəti dəfə hakimiyyəti tənqid etdi

29-07-2020, 00:07           
Saakaşvili növbəti dəfə hakimiyyəti tənqid etdi
Gürcüstanın sabiq prezidenti və hazırda Ukrayna Milli İslahatlar Şurasının sədri Mixeil Saakaşvili növbəti dəfə ölkə hakimiyyətini tənqid edib.

Publika.az xəbər verir ki, Saakaşvili ABŞ və qərbdəki digər tərəfdaş ölkələrin Gürcüstan hakimiyyətinə qarşı tənqidi düşüncədə olduqlarını bildirib.

"Həqiqət odur ki, amerikalılar və bütünlüklə qərb İvanişvili və onun rejiminə qarşı daha da tənqidi mövqedədirlər. Ancaq buna baxmayaraq, onlar bu hakimiyyətlə yenə də diplomatik dildə danışırlar. Lakin İvanişvili və ətrafındakılar diplomatik dili anlamırlar. Mən, Amerikada uzun müddətdir əlaqələri mövcud olan bir insan kimi, amerikalı tərəfdaşlarımızdan mövqelərində daha formalaşmış və açıq şəkildə bəyan etmələrini gözləyirəm. Söhbət Rusiyameyilli və xalqını məhv edən, min cür şübhəli kombinasiyada olan, gürcü xalqının maraqlarını pozan, həmçinin regionda Amerika və qərbin maraqlarını pozan rejimdən gedir. Sizdən ABŞ və qərbdən daha da sərt mövqe gözləyirəm", - deyə Saakaşvili bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru