Çin çətin seçim qarşısında

29-07-2020, 00:04           
Çin çətin seçim qarşısında
Çinin ÜDM-inin 55 faizini təşkil edən istehlak sektoru ikinci rübdə 3.9 faiz azalıb. Bu, böhran fonunda əhalinin ödəmə qabiliyyətinin azalması ilə əlaqədardır

Bu ilin ikinci yarısında Çin hökuməti çətin iqtisadi siyasət seçimi qarşısında qalacaq. Əgər fiskal siyasətini zəiflətsə, dövlət gəlirləri xeyli azalacaq, xərclərin azaldılması isə dəhşətli nəticələrə səbəb olacaq. Sputnik Azərbaycan bildirir ki, bu barədə Project Syndicate yazır.

Nəşrin təxmininə görə, Çin maliyyə tələsinə düşüb: hökumət xərcləri azaltmalıdır ki, defisitin artmasının qarşısını alsın, amma o zaman iqtisadiyyat 2.5 faizdən də az artacaq. Bu təqdirdə isə planlaşdırılmış iş yerlərinin açılması mümkün olmayacaq, bu isə öz növbəsində Çinin makroiqtisadi dayanıqlığına mənfi təsir göstərəcək.

Bu ilin brinci rübündə ölkənin ÜDM-i illik göstəricidə 6.8 faiz azalıb. İkinci rübdə isə iqtisadiyyat özünü doğrultmağa başladı və 3.2 faiz artdı. Ekspertlərin fikrincə, illik artım 2,5 faiz ola bilər.

Çinin ÜDM-inin 55 faizini təşkil edən istehlak sektoru ikinci rübdə 3.9 faiz azalıb. Bu, böhran fonunda əhalinin ödəmə qabiliyyətinin azalması ilə əlaqədardır. Nəşr bildirir ki, hökumət tələbin stimullaşdırılması üçün əlavə tədbirlər görməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru