ABŞ-da iki əsrlik silah şirkəti müflis oldu

29-07-2020, 10:02           
ABŞ-da iki əsrlik silah şirkəti müflis oldu
ABŞ-ın ən böyük silah-sursat istehsalçılarından biri olan “Remington Outdoor Co.” və onun törəmə şirkəti “Remington Arms Company” Alabama əyalət məhkəməsində iflas proseduruna başlanılması barədə iddia qaldırıb.

Bu barədə “Bloomberg” şirkətin məhkəməyə verdiyi sənədə istinadən məlumat yayıb.

ABŞ-ın İflas Kodeksinin 11-ci fəsli şirkətə biznesin yenidən qurulması və kreditorlara borclarını ödəmək planlarını hazırlayarkən fəaliyyətini davam etdirməyə imkan verir.

Bu şirkətin artıq iki il ərzində ikinci iflasıdır.

Qeyd edək ki, şirkət 1816-cı ildə Elifalet Reminqton tərəfindən qurulub. ABŞ ordusu ilə 1845-ci ildə razılaşma əldə edən Reminqton o dövrdə 5 min ədəd Missisipi marka tüfəng istehsal edib.banker.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru