Rusiyanın daha bir nəşri şərəfsizliyə imza atdı......FOTOFAKT

29-07-2020, 16:56           
Rusiyanın daha bir nəşri şərəfsizliyə imza atdı......FOTOFAKT
Rusiyanın “Kommersant” nəşri Azərbaycana qarşı təxribata yol verib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, “Kommersant” qəzetinin 29 iyul tarixindəki nömrəsində və saytında dərc olunan "Turetskopodannıe" adlı məqalədəki illüstrasiyada xəritə dərc olunub.

Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə hərbi təlimlərindən bəhs edən məqalədə yayımlanan xəritədə Azərbaycanın Ermənistanın işğalı altındakı əraziləri ayrıca, “Tanınmamış Dağlıq Qarabağ Respublikası” adı altında göstərilib. Dağlıq Qarabağdan başqa işğal altındakı yeddi rayon da qondarma rejimin ərazisi kimi qeyd olunub.

Müəlliflərindən biri erməni Ayk Xalatyanın olduğu məqalədə Azərbaycan və Türkiyənin birgə hərbi təlimlərindən narahatlıq ifadə olunub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru