ÜST:"COVID-19-a qarşı kollektiv immunitet tezliklə hazır olmayacaq"

30-07-2020, 00:14           
ÜST:"COVID-19-a qarşı kollektiv immunitet tezliklə hazır olmayacaq"
Bəşəriyyət hələ yeni koronavirusun səbəb olduğu xəstəliyə qarşı kollektiv immuniteti tezliklə hazırlaya bilməyəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) səhiyyə sahəsində fövqəladə vəziyyətlər üzrə proqram direktoru Maykl Rayan bildirib.

Rayanın sözlərinə görə, hazırda ÜST Yer kürəsi sakinlərinin nə qədər hissəsinin COVID-19-a yoluxduğunu bilmir ki, kollektiv immunitetin mövcudluğu haqqında danışmaq mümkün olsun. “Alimlərin əksəriyyəti hesab edirlər ki, bu, hardasa 60-80% arasındadır. Başqaları güman edirlər ki, bu hissə daha az ola bilər”, – o deyib.

“Bu pay hansılarda nə qədər idi, biz ona yaxın deyilik”, – mütəxəssis əlavə edib.

“Bu o deməkdir ki, biz ona (immunitet səviyyəsinə) nail olana qədər virus hələ cəmiyyətimizi çox yandıracaq”, – o vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.