ABŞ Suriyaya qarşı sanksiyaları daha da genişləndirdi

30-07-2020, 09:17           
ABŞ Suriyaya qarşı sanksiyaları daha da genişləndirdi
ABŞ hökumətinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) dəbdəbəli binalar tikintisi vasitəsilə Suriya hökumətinə vəsait qazandırdıqlarına görə bir fərd və 9 müxtəlif hədəf barəsində sanksiyalar tətbiq edib.

Publika.az xəbər verir ki, ABŞ-ın Maliyyə Nazirliyinin açıqlamasına görə, bu addım 2019-cu ilin dekabr ayında qəbul edilmiş Qeysər Suriya Mülki Əhalisini Qoruma Aktı çərçivəsində sayca ikinci sanksiya əməliyyatı olub. Suriya prezidenti Bəşşar Əsədin hökumətini iqtisadi cəhətdən dəstəkləyən sahibkar Vasim Ənvər əl Qəttan və ona məxsus şirkətlərə qarşı yönəlib.

Belə ki, ABŞ ərazisində onlara aid bütün mülkiyyət və maliyyə vəsaitləri bloklanır. Bugünkü sanksiyaların tətbiq edildiyi hədəflər arasında Suriya münaqişəsi zamanı atəşkəsin əldə olunmasını əngəlləyən dörd şəxs də var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru