Məşhur polittexnoloq Minskdə həbs edildi

30-07-2020, 11:30           
Məşhur polittexnoloq Minskdə həbs edildi
Məşhur polittexnoloq Vitali Şklyarov Minskdə saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə “Dojd” televiziyasına Belarus prezidentliyinə keçmiş namizəd Valeri Çepkalonun mətbuat xidmətindən məlumat verilib.

Şklyarovun Belarus prezidentliyinə namizəd Svetlana Tixanovskayanın əri Sergey Tixanovski ilə çalışması ucbatından saxlanıldığı vurğulanıb.

Qeyd edək ki, Şklyarov bundan öncə Angela Merkel, Barak Obama və Berni Sanders, Kseniya Sobçak, Qriqol Vaşadzenin seçki kampaniyalarında iştirak edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru