Gürcüstan hökumətinə qarşı milyard dollarlıq məhkəmə iddiası qaldırılıb

31-07-2020, 00:02           
Gürcüstan hökumətinə qarşı milyard dollarlıq məhkəmə iddiası qaldırılıb
“Anaklia İnkişaf Konsorsiumu” və əsas əcnəbi investor Bob Meyer Gürcüstan hökumətinə qarşı Beynəlxlaq Ticarət Palatasının Arbitraj Məhkəməsində iddia qaldırıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, şikayət Qara dəniz sahilində Anaklia dərin dəniz limanının inşası layihəsində şirkət və sərmayədarın hüquqlarının pozulması ilə bağlıdır.

Pozuntulara görə tələb olunan məbləğin həcmi 1 milyard ABŞ dollarından çoxdur. Bu məbləğə həm konsorsium, həm də B.Meyerin maliyyə itkiləri daxildir. Hər iki tərəf Gürcüstan hökumətinin onlarla müqaviləyə xitam verməsini qanunsuz hesab edirlər.

Qeyd edək ki, bu ilin yanvarında Gürcüstan hökuməti və konsorsium arasında limanın inşası ilə bağlı 2016-cı ildə imzalanan müqavilə dayandırılıb. Buna səbəb kimi işlərin sənəddə qeyd olunan müddət üzrə yerinə yetirilməməsi göstərilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.