Belarus həbs etdiyi rusların siyahısını Kiyevə verdi

31-07-2020, 17:49           
Belarus həbs etdiyi rusların siyahısını Kiyevə verdi
Belarus Ukraynaya Minskdə həbs edilən rus məzdluların siyahısını verib.

Axar.az xəbər verir ki, bu məlumatı “RİA Novosti” agentliyi yayıb.

Bildirilib ki, Ukrayna bu şəxslərin Donbas savaşında iştirak edib-etmədiyini yoxlayacaq.

Qeyd edək ki, bundan öncə Minskdə “Vaqner” özəl hərbi şirkətinin 33 döyüşçüsü saxlanılıb. Minsk onların ölkədə çevriliş hazırladığını iddia etsə də, rəsmi Moskva bu şəxslərin Minskdən sadəcə tranzit üçün istifadə etdiyini bəyan edib.

Digər tərəfdən həbs edilən şəxslərdən 3-nün Donbasdakı döyüşlərdə iştirak etdiyi təsdiqlənib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru