TikTok-dan Trampa CAVAB

2-08-2020, 00:02           
TikTok-dan Trampa CAVAB
TikTok şirkətinin baş direktoru Vanessa Pappas ABŞ cəmiyyətinin göstərdiyi dəstəyə görə istifadəçilərə təşəkkür bildirib.

Teref.az-ın xəbərinə görə, şirkət rəhbəri bu barədə tvitter səhifəsində yazıb.

Bildirib ki, ABŞ-da uzun müddət qalmaq niyyətindədirlər: "Hər gün TikTok-dan istifadə edən, gündəlik həyatımıza yaradıcılıq və sevinc gətirən milyonlarla amerikalıya təşəkkür edirəm. Çoxsaylı dəstəyinizi gördük. Heç bir yerə getmək planımız yoxdur... Uzun müddət buradayıq".

Qeyd edək ki, bundan əvvəl “New York Times” qəzetində ABŞ-ın IT nəhəngi olan “Microsoft”un TikTok xidmətini əldə etmək üçün ByteDance ilə danışıqlar aparması ilə bağlı xəbər dərc etmişdi. Sonradan prezident Donald Tramp ABŞ-da TikTok tətbiqini qadağan etməyi planlaşdırdığını açıqlamışdı.APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru