Belarusda NEXTA Telegram kanalının yaradıcıları beynəlxalq axtarışa verildi

5-11-2020, 12:49           
Belarusda NEXTA Telegram kanalının yaradıcıları beynəlxalq axtarışa verildi
Belarus İstintaq Komitəsi NEXTA Telegram kanalının administratorlarına qarşı cinayət işi açıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı idarənin mətbuat xidməti yayıb.

“İstintaqa görə, Belarus vətəndaşları – Stepan Putilo və Roman Protaseviç kütləvi iğtişaşlar və ictimai asayişi kobud şəkildə pozan qrup hərəkətləri təşkil etməkdə günahlandırılıb və məsuliyyətə cəlb edilib”, deyə respublikanın İstintaq Komitəsində bildirilir.

Mənbə yazır ki, onlara qarşı cinayət işi başlanıb. Komitədən verilən məlumata görə, onlar tərəfindən yaradılan və idarə olunan Telegram kanalları vasitəsi ilə dövlət məmurlarına və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı düşünülmüş hərəkətlər edilib.

Administratorların əməlləri cinayət işinin materiallarına əlavə edilib.

“Bu anda təqsirləndirilən Putilo və Protaseviç beynəlxalq axtarışdadırlar” deyə İstintaq Komitəsi açıqlamasında bildirib.

Xatırladaq ki, 20 oktyabrda Belarus məhkəməsi NEXTA-Live Telegram kanalını və NEXTA loqosunu ekstremist kimi tanıyıb.

Belarus lideri Aleksandr Lukaşenkonun sözlərinə görə, ölkədəki etirazlar “Varşava yaxınlığındakı mərkəz”, həmçinin Çexiya, Litva və Ukrayna vasitəsi ilə ABŞ-dan idarə olunur və bunun üçün Telegram kanallarından istifadə edilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.