Bayden daha bir ştatda üstünlük qazandı

6-11-2020, 00:02           
Bayden daha bir ştatda üstünlük qazandı
Demokratlar partiyasından ABŞ prezidentliyinə namizəd Co Bayden nevada ştatında da üstünlük əldə edib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Nevadada seçki bülletenlərinin 76%-i hesablanıb. Nəticəyə əsasən, Bayden 49,5%, hazırkı prezident Donald Tramp isə 48,9% səs toplayıb. Namizədlər arasında səs fərqi təxminən 1%, yaxud 12 min səs təşkil edir.

Qeyd edək ki, noyabrın 3-də keçirilmiş prezident seçkilərində Baydenlə Tramp arasında rəqabət davam edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.