ABŞ-ın Nevada ştatında səsvermə bülletenləri noyabrın 12-dək qəbul ediləcək

6-11-2020, 06:16           
ABŞ-ın Nevada ştatında səsvermə bülletenləri noyabrın 12-dək qəbul ediləcək
ABŞ-ın Nevada ştatında səsvermə günü yığılan bülletenlər noyabrın 12-dək qəbul ediləcək.

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu mətbuat konfransında Klark dairəsinin qeydiyyat şöbəsinin müdiri Co Qloria deyib.

Sistemə daxil edilmiş səsvermə bülletenlərinin qəbulu üçün noyabrın 12-dək vaxtın olduğunu deyən C.Qloria digər məsələlərin də araşdırılacağını vurğulayıb: “Bu tarixədək iki dəfə səsin olub-olmaması məsələsi də araşdırılacaq. Bülletenlər poçtla alındıqda, sistem bu seçicinin iki dəfə səs verib-vermədiyini yoxlayacaq”.

O, bülletenlərdə hər hansı pozuntuların olması ilə bağlı heç bir şey bilmədiyini söyləyib.

Qeyd edək ki, ABŞ-ın bir neçə ştatında da səsvermənin nəticələri hələ məlum deyil.

Xatırladaq ki, noyabrın 3-də ABŞ-da Prezident seçkilər keçirilib. Səsvermənin nəticələrinə görə, ölkədə növbəti 4 il üçün prezident və vitse-prezident müəyyənləşəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru