Moskva rəhbərliyi COVID-19-la bağlı sərt məhdudiyyətlərin tətbiq edilməməsinə aydınlıq gətirib

6-11-2020, 04:23           
Moskva rəhbərliyi COVID-19-la bağlı sərt məhdudiyyətlərin tətbiq edilməməsinə aydınlıq gətirib
“Moskva səhiyyə sistemi koronaviruslu xəstələrlə bağlı yükün öhdəsindən gəlməkdədir. Buna görə də yazda mövcud olan koronavirusa qarşı sərt məhdudiyyətləri yenidən tətbiq etməyə ehtiyac yoxdur”.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə paytaxt merinin müavini Vladimir Efimov “Rusiya 24” telekanalının efirində bildirib.

"Xəstəliyin sayında müəyyən artım olduğunu görürük, amma bu ilin əvvəlində etdiyimiz böyük sistematik iş sayəsində və səhiyyə sistemimizi daha səfərbər hazırladığımız üçün hazırda yazdakı kimi ciddi məhdudiyyətlər tətbiq etməyə ehtiyac yoxdur. Çünki səhiyyə sistemimiz artıq mövcud vəziyyətə uyğunlaşdırılıb, yəni bu anda yoluxan xəstə çoxluğunun öhdəsindən gəlməkdədir ”, - deyə mer müavini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru