Peskovdan Putinin istefa xəbərinə REAKSİYA

6-11-2020, 17:58           
Peskovdan Putinin istefa xəbərinə REAKSİYA
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin xəstəliyi və istefa edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Modern.az “TASS” agentliyinə istinadən məlumatına görə, Kreml rəsmisi yayılan xəbərləri təkzib edib.

“Bütün bunlar cəfəngiyyatdır. Prezidentin səhhətində heç bir problem yoxdur”, - deyə o bildirib.

Qeyd edək ki, Böyük Britaniyanın “The Sun” nəşri Vladimir Putinin Parkinson xəstəliyinə tutulduğunu və bu səbəbdən 2021-ci ilin yanvarında prezident postundan gedəcəyini iddia edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru