Lukaşenko daha bir AES tikmək istəyir
7-11-2020, 08:23

Ölkəni karbohidrogen asılılığından qurtarmaq üçün daha bir atom elektrik stansiyası tikmək lazımdır. Bu barədə, noyabrın 6-da Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib.
Belarus liderinin sözlərinə görə, ölkədə elektrik enerjisi istehsalının artırılması ilə bağlı o, Minskin tədricən elektronəqliyyata keçirilməsi tapşırığını verib.
«Minskdə daxili yanma mühərrikindən uzaqlaşmaq lazımdır. Minsk sakitcə, tədricən elektronəqliyyata keçməlidir, çünki insanları zəhərləyirik» - deyə, Lukaşenko Minsk metrosunun 3-cü xətti üzrə stansiyanın açılışı zamanı bəyan edib.
Bu zaman Belarus lideri qeyd edib ki, əsas diqqəti tramvay nəqliyyatına yönəltmək lazımdır. «Tramvay yollarını qaydaya salmaq lazımdır ki, onlar səssiz hərəkət etsinlər. Yaxşı tramvaylar istehsal edirik və bu, yaxşı nəqliyyatdır» - Lukaşenko bildirib.
Bununla bağlı Lukaşenko Belarus atom stansiyasını (BelAES) xatırladıb - burada birinci enerji bloku ölkənin birləşmiş enerji sisteminə qoşulub.
«Elektrik enerjisi bol olacaq. Bizim etirazçılar ağlayırlar ki, onu sərf etməyə yer yoxdur. Qulaq asın, necə sərf etməyə yer yoxdur? Biz hələ daha bir belə stansiya tikməliyik ki, karbohidrogen asılılığından qurtara bilək. Bu, xoşbəxtlikdir, hədiyyədir» - prezident qeyd edib.