Rusiyada dövlət başçısına ömürlük toxunulmazlıq verilə bilər - Qanun layihəsi

7-11-2020, 09:00           
Rusiyada dövlət başçısına ömürlük toxunulmazlıq verilə bilər - Qanun layihəsi
Rusiyada dövlət başçısının səlahiyyət müddəti bitdikdən sonra da toxunulmaz qalmasına dair qanun layihəsi parlamentin aşağı qanadı Dumaya təqdim edilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb. Mövcud Rusiya qanunlarına görə, prezidentlər vəzifələrində olarkən cinayət məsuliyyətinə cəlb edilə bilməzlər. Təklif olunan yeni düzəliş isə bu toxunulmazlığın prezident olmuş şəxsə ömürlük şamil edilməsini hədəfləyir.

Təklif, bu ilin əvvəlində Putinin konstitusiya dəyişikliklərini qiymətləndirən bir parlament qrupu tərəfindən təqdim edilib.

Layihə Rusiya parlamentinin aşağı palatasından keçməli, yuxarı palatada müzakirə olunmalı və sonra qüvvəyə minməsi üçün Putin tərəfindən imzalanmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru