Ağ Evin aparat rəhbəri koronavirusa yoluxdu

7-11-2020, 10:23           
Ağ Evin aparat rəhbəri koronavirusa yoluxdu
Ağ Evin aparat rəhbəri Mark Medouzun koronavirus infeksiyasına qarşı verdiyi test müsbət olub.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı CNN telekanalı bir neçə vəzifəli şəxsə istinadən yayıb.

Kanala görə, Medouz Ağ Evdə prezident seçkiləri partisində iştirak edib.

Seçkilər ərəfəsində dövlət başçısı Donald Trampın gündə bir neçə dəfə keçirdiyi mitinqə Respublikaçıların yüzlərlə tərəfdarı gəlib, əksəriyyəti də maskasız olub.

Qeyd edək ki, ABŞ-da koronavirusa gündəlik yoluxmada rekord qeydə alınıb. Son bir gündə 121 mindən çox insanda COVID-19 tapılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru