Ermənistan ordusu Qarabağda geri çəkildi – Rus mediası yazır

7-11-2020, 09:54           
Ermənistan ordusu Qarabağda geri çəkildi –
Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun artilleriya atəşinin köməyi ilə geri çəkilib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Rusiya mediası Azərbaycan Müdafiə Nazirliyinə istinadən yayıb.

Mənbə yazır ki, erməni qoşunları son gecə də Azərbaycan mövqelərini atəşə tutmağa başlayıb. Mərmilər yaşayış evlərinə düşüb. Azərbaycan Ordusu atəşə cavab verib. Nəticədə düşmən xeyli hərbçisini itirib. Hərbi texnikaları sıradan çıxarılıb.

Ermənistan tərəfi bu açıqlamaya hələ münasibət bildirməyib.

Xatırladaq ki, 27 sentyabrdan başlayaraq Azərbaycan Ordusu işğal edilən Dağlıq Qarabağda əks-hücuma keçərək torpaqlarını erməni faşistlərindən geri alır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.