Erməni ictimai xadim: “Hörmətli Baş nazirin həyat yoldaşı, müharibə teatr deyil”

7-11-2020, 17:37           
Erməni ictimai xadim: “Hörmətli Baş nazirin həyat yoldaşı, müharibə teatr deyil”
“Yazdığımı siyasiləşdirməyin, hansısa keçmiş və indiki “tacir” xallar toplamağa cürət etməsin, sabah hamınız cavab verəcəksiniz. Bizə, qurbanlarımıza hörmət edin. Siz bunu etməyə boclusunuz”.

Ordu.az xəbər verir ki, bunu erməni ictimai xadim Karin Tonoyan öz “Facebook” səhifəsində yazıb.

“Hörmətli Baş nazirin həyat yoldaşı, müharibə teatr deyil, sizin eqoizminiz anlaşılmaz və təhlükəlidir: tarixi bilən hər bir şəxs bilir ki, bu kraliça (Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Hakobyanın yaratdığı dəstənin adını nəzərdə tutur - red.) doğmasını təslim etdi və İrana qaçdı.

Məgər başa düşmürsünüz ki, artıq sizin nümayişkəranə şəkilləriniz və özünüreklamlarınız dözülməzdir? Məgər başa düşmürsünüz ki, bütün bunlarla ölmüş övladlarımızın qanına hörmətsizlik edirsiniz, bu anda aslancasına döyüşən erməni kişisini təhqir edirsiniz, qəzəb yaradırsınız və hamıya mane olursunuz?”, - deyə o qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru