Bəhreyndən İran bankına qarşı şok ittiham – Cinayət işi açıldı

7-11-2020, 21:48           
Bəhreyndən İran bankına qarşı şok ittiham –
Bəhreyn hökuməti İranın 2004-2015-ci illərdə bu ölkədə fəaliyyət göstərən “Əl-Müstəqbəl” bankı vasitəsilə təxminən 7 milyard dollar “çirkli pul”u yuduğunu aşkarlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Bəhreyn” xəbər agentliyi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, “Əl-Müstəqbəl” bankı vaxtilə iki ölkə tərəfindən birgə yaradılsa da, Bəhreyn hökuməti bunu “İran bankı” kimi təqdim edib.

2015-ci ildə isə Bəhreyn hökuməti bankın fəaliyyəti ilə bağlı araşdırmaya başladığını bildirmişdi.

Məlumata görə, Bəhreyn Ali Məhkəməsi açılan 7 cinayət işində “çirkli pullar”ı yumaqda ittiham olunan Mərkəzi Bank da daxil olmaqla, bir sıra İran bankları və “Əl-Müstəqbəl”in bir neçə rəsmisini 130 milyon dollar cərimələyib, 173 milyon dolları isə müsadirə edib.

Bəhreynin maliyyə cinayətləri və “çirkli pullar”ın yuyulması üzrə prokuroru Nayif Yusif Mahmud Mərkəzi Bank və digər İran banklarının “çirkli pullar”ı yumaq üçün “Əl-Müstəqbəl”dən hansı formada istifadə etməsi ilə bağlı aparılan araşdırmalar davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru