İranla Rusiyanın din və ictimai-siyasi xadimləri videokonfrans keçiriblər- Müzakirə

8-11-2020, 00:30           
İranla Rusiyanın din və ictimai-siyasi xadimləri videokonfrans keçiriblər- Müzakirə
İran ilə Rusiyanın bir sıra din və ictimai-siyasi xadimləri Avropanın bəzi ölkələrində Məhəmməd Peyğəmbərin təhqir olunmasına kəskin etirazlarını bildiriblər.

Videokonfransda İranın Rusiyadakı səfiri Kazım Cəlali, Konstitusiyanın Müdafiəsi Şurasının üzvü Müctəid Şəbüstəri, Rusiya tərəfdən isə Moskva İslam Universitetinin rektoru Dəmir Xeyrəddinov, Volqoqrad şəhərinin müftisi Müqəddəs Bəbirov, Moskva şəhərinin müftisi Anar Rzayev və başqaları iştirak ediblər.

Müzakirələr zamanı qeyd olunub ki, terror aktı törədənlər müsəlman deyil. Cinayəti törədənlər qanun qarşısında cavab verəcəklər. Lakin Avropanın bəzi dövlətlərində İslama qarşı təbliğatın aparılması, müqəddəs adların təhqir olunması və belə təxribatın dövlət başçısı səviyyəsində müdafiə edilməsi terror aksiyalarına səbəb olur.

Diqqətə çatdırılıb ki, söz və fikir azadlığı heç də müqəddəs insanları təhqir etmək demək deyil. Bu məfhumlardan sui-istifadə edilir və nəticələri göz qabağındadır.

Konfrans iştirakçıları birgə bəyanat qəbul edərək Avropada islamofobiyanın yayılmasına son qoyulmasını tələb ediblər(azərtac).












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.