Amazon meşələrinin qırılması rekord həddə çatıb

8-11-2020, 21:27           
Amazon meşələrinin qırılması rekord həddə çatıb
Oktyabr ayında Braziliyada Amazon meşələrinin kəsilməsi 2019-cu ilin eyni ayı ilə müqayisədə 50,6 faiz artıb və indi ölkənin 836,23 kvadratkilometrədək bitki örtüyünü əhatə edir.

Teref.Az AZƏRTAC-a istinadən bildirir ki, dünyanın ən iri tropik meşəsində meşələrin qırılması 2015-ci ilin oktyabr ayında ən yüksək rekord həddə çatıb.

INPE-nin verdiyi məlumata görə, Amazonda 2020-ci ilin ilk 10 ayı ərzində planetin ən iri tropik meşəsinin 7899 kvadratkilometrlik sahəsi məhv edilib.

"Greenpeace" təşkilatının hesabatında Braziliyada Amazon meşələrinin dağılmasının kəskin şəkildə artması ekoloji siyasətdə buraxılan nöqsanlarla əlaqələndirilir.

Braziliyada ətraf mühitin mühafizəsi üzrə 56 təşkilatı birləşdirən "Climate Observatory" platformasının hesabatında bildirilir ki, ölkədə havaya buraxılan çirkləndirici qaz tullantıları Amazonda baş verən yanğınlar səbəbindən 2019-cu ildən bəri 9,6 faiz artıb. Oktyabr ayında ölkədə 17 min 326 qaynar nöqtənin qeydə alındığı bildirilir. Qeyd edək ki, bu, ötən illə müqayisədə 120 faiz çoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru