Paşinyan indi də Baydendən kömək istədi

9-11-2020, 07:28           
Paşinyan indi də Baydendən kömək istədi
Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-da prezident seçkilərində Demokratlar Partiyasından namizəd olmuş Co Baydenə təbrik məktubu göndərib.

Pravda-ın xəbərinə görə, bu barədə Ermənistan mətbuatı yazır.

Qeyd edilir ki, Paşinyan qələbəsi hələ rəsmən təsdiqlənməmiş Baydeni təbrik edərək, onun uzun illərdə təcrübə qazandığını vurğulayıb və biliyinin ABŞ-ı tərəqqiyə aparacağını qeyd edib. Ermənistanın Baş naziri Baydeni hələ seçki dönəmində namizəd kimi verdiyi vədləri də xüsusi vurğulayaraq, demokratların namizədinin Qarabağda müharibənin dayandırılması üçün addımlar atacağına ümid etdiyini deyib. Paşinyan əslində bununla Baydenin ermənilərə verdiyi vədlərə əməl etməsinə eyham vurub.

Qeyd edək ki, Paşinyan əvvəllər də bir neçə dəfə Rusiya, Fransa prezidentlərinə, habelə ABŞ-ın hazırkı dövlət başçısına müraciət edərək Dağlıq Qarabağ münaqişəsində Ermənistana kömək etmələrini istəyib. Lakin rədd cavabı alıb.

Xatırladaq ki, ABŞ-ın Demokratlar Partiyasının namizədi Co Baydenin prezident seçkilərində qələbə qazanması hələ rəsmi olaraq təsdiqlənməyib. Yalnız Birləşmiş Ştatların bir sıra mətbu orqanları Baydenin səs çoxluğu ilə Trampı üstələdiyini bildiriblər.Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru