İrandan qonşu dövlətlərə ÇAĞIRIŞ

9-11-2020, 11:08           
İrandan qonşu dövlətlərə ÇAĞIRIŞ
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bölgədəki qonşu ölkələrə səslənib.

Cebhe.info xəbər verir ki, o, ABŞ-ın prezidenti Donald Trampın gedişindən sonra bölgədəki qonşu ölkələri əməkdaşlığa və dialoq aparmağa dəvət edib:

“Tramp getdi, amma qonşuluq qalır. Təhlükəsizliyini özgəsinə etibar etmək olmaz. Yoxsa son ümiddən də məhrum olarsan. Xalqların və ölkələrimizin ortaq mənafelərini təmin etmək üçün iş birliyimizi inkişaf etdirməliyik. Hamını ziddiyyətləri və gərginliyi həll etməyin yeganə yolu olan dialoqa dəvət edirik”-deyə, Zərif özünün “Twitter” səhifəsində qeyd edib.

Qeyd edək ki, ABŞ-da Demokratlar Partiyasından prezidentliyə namizəd Co Bayden seçkilərdə qalib gəlib və Amerika mediası tərəfindən qələbəsini elan edib. Hazırkı ABŞ Prezidenti Donald Tramp isə seçkilərin hələ bitməyəcəyini, məhkəmədə öz qələbəsini müdafiə etmək niyyətində olduğunu söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru