Erməni müxalifəti təcili iclas tələb etdi – Paşinyan hakimiyyətdən gedəcək?

9-11-2020, 11:15           
Erməni müxalifəti təcili iclas tələb etdi – Paşinyan hakimiyyətdən gedəcək?
Ermənistan Parlamentinin “Çiçəklənən Ermənistan” və “İşıqlı Ermənistan” fraksiyaları birgə bəyanat yayıb.

Qazet.az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, “İşıqlı Ermənistan” fraksiyasının rəhbəri Edmon Manukyan öz “Facebook” hesabında paylaşım edərək bildirib ki, iki həftə əvvəl Baş nazir Nikol Paşinyana müraciət edərək Milli Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb etsələr də bu tələb yerinə yetirilməyib.

Bununla bağlı Baş nazirin müxalifət fraksiyaları ilə müzakirələr aparması üçün dərhal Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsi tələb edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru