Tramp seçki nəticələrinə görə mitinqlər keçirməyi planlaşdırır

9-11-2020, 11:25           
Tramp seçki nəticələrinə görə mitinqlər keçirməyi planlaşdırır
ABŞ Prezidenti Donald Tramp bəzi ştatlarda səslərin yenidən sayılması üçün mübarizəni uzatmaq məqsədilə mitinqlər keçirməyi planlaşdırır.

“Axios” ABŞ liderinin müşavirlərinə istinadən xəbər verir ki, Trampın qərargahı Corciya, Arizona və Pensilvaniya əyalətlərində yenidən sayma komandalarının yaradıldığını elan edəcək.

Mitinqlərdə Tramp səs verdiyi iddia edilən, lakin səsvermə vaxtı artıq öldüyü bildirilən seçicilərin ölüm sertifikatlarını göstərməyi planlaşdırır.

Mediada yer alan məlumatlara görə, demokrat Co Bayden prezident seçkilərində qalib gəlib və özünü artıq qalib elan edib.

Respublikaçı Prezident Donald Tramp məğlubiyyətini hələ etiraf etməyib, vəkilləri səslərin sayılmasının dayandırılması və iddia edilən pozuntuların araşdırılması tələbi ilə müxtəlif əyalət məhkəmələrində iddia qaldırırlar.virtualaz/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru