Sarı qızdırma: Ölənlərin sayı artır – Dünya yeni təhlükənin astanasında

11-11-2020, 08:31           
Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin koordinatoru Rilvanu Məhəmməd sarı qızdırma səbəbiylə bir həftə içində 8 nəfərin öldüyünü açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bununla ölkədə sentyabr ayından bəri sarı qızdırmadan ölənlərin sayı 95-ə yüksəlib.

O, Məhəmməd epidemiyaya qarşı tədbir almağa başladıqlarını söyləyərək xalqı gigiyena və ekoloji təmizliyi qorumağa çağırıb.
Keçən il Nigeriyada sarı qızdırma epidemiyası səbəbindən 300-dən çox insan ölüb.Hökumət 2017-ci ildən bəri epidemiya ilə mübarizə aparır

Xəstəliyin simptomları arasında yüksək temperatur, baş ağrısı, əzələ ağrısı, ürək bulanması, halsızlıq və gözlərdə sarılıq var. Bu il 7 milyon insanın sarı qızdırma peyvəndi edilməsi planlaşdırılır. İndiyədək 2 milyon insan peyvənd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru